Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ(®) Ötən gün ABŞ-da proqnozların altında dərc olunan statistik məlumatlar fonunda beynəlxalq birjalarda dollar Yapon yeni qarşısında kəskin şəkildə ucuzlaşıb.
Belə ki, USD/JPY valyuta cütlüyü dünən səhər saatlarından indiyədək 154.470 səviyyəsindən 152.230 səviyyəsinə qədər enib. Amerika fond indeksləri isə çərşənbə axşamı gününü artım ilə bitiriblər, xüsusi ilə "Dow Jones" və "S&P 500" indeksləri tarixi rekord hədlərini yeniləyiblər.
Federal Açıq Bazar Komitəsinin (FOMC) 6-7 noyabr tarixli iclasının protokollarına əsasən, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyi faiz dərəcəsinin tədricən daha da azaldılmasını dəstəkləyir. Pul-kredit siyasətinin perspektivlərini müzakirə edən iclas iştirakçıları qeyd ediblər ki, statistik məlumatların proqnozları doğruldacağı təqdirdə, yəni məşğulluq maksimum səviyyəyə yaxın qalarkən inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edərsə, bu istiqamətdə mərhələli hərəkətin daha neytral faiz dərəcəsinə davam etdirilməsi məqsədəuyğun olacaq.
Xatırlamaq lazımdır ki, FED noyabr ayında uçot dərəcəsini 25 baza bəndi azaldıb illik 4.5%-4.75%-ə endirib və qeyd edib ki, ABŞ-da inflyasiyanın "bir qədər yüksək" qalmasına baxmayaraq, FOMC hədəfinə yaxınlaşıb və iqtisadi fəallıq zəifləyən əmək bazarına baxmayaraq, güclü templə artmaqda davam edir. Sentyabr toplantısında faiz dərəcəsi 50 baza bəndi azaldılıb.
"Conference Board" araşdırma şirkətinin çərşənbə axşamı verdiyi məlumata əsasən, ABŞ-da İstehlakçı İnam İndeksi noyabr ayında 109.6 bənd səviyyəsindən 111.7 bənd səviyyəsinədək yüksəlib. Bu, son 16 ayın ən yüksək səviyyəsidir. "The Wall Street Journal"-ın sorğusuna qatılan analitiklər isə göstəricinin orta hesabla 111 bəndədək yüksələcəyini proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Ticarət Departamentinin məlumatına görə, ABŞ-da yeni evlərin satışı oktyabr ayında əvvəlki ay ilə müqayisədə 17.3% azalaraq illik nisbətdə 610000-ə qədər enib. Bu, son iki ilin ən aşağı göstəricisidir. Analitiklər yalnız 1.8%-lik azalmanın olacağını proqnoz edirdilər.
Bugün ABŞ-da açıqlanacaq istisadi göstəricilər bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Belə ki, Bakı vaxtı ilə saat 17:30-da Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, ÜDM, Ticarət Saldosu və Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcminin Baza İndeksi göstəriciləri, Bakı vaxtı ilə saat 19:00-da isə əhalinin şəxsi xərclərinə dair məlumatlar dərc olunacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 27 noyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri


iqtisadi xeberler biznes qurmaq online pul qazanmaq internetden pul qazanmaq bitkoin