Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBugün ABŞ-da inflyasiyaya dair göstəricilərin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb, qızılın qiyməti isə artım tendensiyasını dayandırdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.0498 səviyyəsindən 1.0538 səviyyəsinə qədər bahalaşıb. Dəyərli metal isə ötən gün 2704$ həddini test etdikdən sonra, bugün səhər artıq 2676$ səviyyəsinə qədər kəskin eniş sərgiləyib. 
Dolların bir qədər möhkəmlənməsinə çərşənbə axşamı günü Almaniyada və ABŞ-da açıqlanan göstəricilər də dəstək olub. Verilən məlumatlara əsasən, ABŞ-da üçüncü rübdə Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq 2.2%, Əmək Xərcləri isə 0.8% artıb. Almaniyada istehlak qiymətləri isə noyabr ayında illik ifadədə 2.2% artıb, aylıq ifadədə 0.2% azalıb. 
Yaxın Şərqdə baş verən hadisələr fonunda neftin qiymətində volatillik artıb. Cari həftəni 71.4$ səviyyəsində açan "Brent" markalı neftin dəyəri ötən günlər ərzində 72$-73$ səviyyələri arasında dəyişib. Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. 
Qeyd etmək lazımdır ki, Suriyada silahlı müxalifət həftə sonu Dəməşqi ələ keçirərək keçid hakimiyyətlərini formalaşdırdığını elan edib. Suriya prezidenti Bəşər Əsəd müxalifətlə danışıqlardan sonra istefa verib və ölkəni tərk edib. Ekspertlər isə bildiriblər ki, Suriyadakı hadisələrlə əlaqədar Yaxın Şərqdə artan gərginlik neft qiymətlərinə kiçik bir geosiyasi risk mükafatı əlavə edir. Bundan əlavə, neft qiymətləri Çin hakimiyyətinin gələn il iqtisadi stimullaşdırmanı artırmaq üçün dünən verdiyi vədlərlə dəstəklənir. 
Bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da İstehlak Qiymətləri İndeksi göstəriciləri açıqlanacaq. Analitiklər inflyasiyanın noyabr ayında illik ifadədə 2.7%, aylıq ifadədə isə 0.3% təşkil edəcəyini proqnoz edirlər. Həmçinin, Kanada Mərkəzi Bankı çərşənbə günü faiz dərəcəsi ilə bağlı qərarını dərc edəcək. Ekspertlər göstəricinin 3.75%-dən 3.25%-ədək endiriləcəyini ehtimal edirlər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 11 dekabr 2024

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler kripto en son xeberler valyuta mezennesi internetden pul qazanmaq