Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün dollar major valyutalar qarşısında artım tendensiyasını davam etdirib. EUR/GBP valyuta cütlüyündə isə dünən avro bir qədər ucuzlaşaraq öz mövqelərini itirib. Belə ki, cütlük 0.8283 səviyyəsindən 0.8406 səviyyəsinə qədər bahalaşdıqdan sonra 0.8363 səviyyəsinə qədər geriləyib. Dolların bahalaşmağına baxmayaraq,  qızıl da dəyər qazanıb. Dəyərli metal 2670$-ın üzərində ticarət olunur. Həmçinin, "Brent" markalı neftin bir barrel üçün qiyməti 77.50$ səviyyəsini keçib.
Cümə axşamı günü dərc olunan məlumatlara əsasən, Almaniyanın Ticarət Saldosunda müsbət dinamika oktyabr ayı ilə müqayisədə noyabr ayında 13.4 milyard avrodan 19.7 milyard avroya qədər artıb. Ölkəyə idxal 3.3% azalıb, ixrac isə 2.1% artıb. Eləcə də, Almaniyanın Sənaye Sektorunda İstehsal Həcmi noyabrda aylıq ifadədə 1.5% artıb, illik ifadədə isə 2.85% azalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Los-Anceles ətrafında meşə yanğınları, o cümlədən, şəhərin tarixində "ən dağıdıcı təbii fəlakətlərdən biri" hesab edilən "Palisades" yanğını davam edir. Yanğınlarla bağlı qorxu və qeyri-müəyyənlik bir sıra şirkət səhmlərinin 8 yanvar çərşənbə günü 10%-dən çox ucuzlaşmasına səbəb oldu.
Yaponiyada Şəxsi Ev Təsərrüfatlarının Xərcləri noyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4% azalıb və analitiklərin 0.6%-lik azalma proqnozlarının altında qalıb. Aylıq ifadədə göstərici 0.9%-lik azalma proqnozuna qarşı 0.4% artımla açıqlanıb.
Bugün Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, ölkə əhalisinin Orta Saatlıq Gəlirləri və İşsizlik Səviyyəsi göstəriciləri də maraqla izləniləcək.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 10 yanvar 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler biznes qurmaq dollarin kursu bu gun biznes ideyalari online pul qazanmaq