Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü ABŞ-da İstehsal Qiymətləri İndeksinin (PPI) proqnozların altında dərc olunması fonunda dolların cari həftənin əvvəlində başlayan eniş tendensiyası davam edib.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.0239 səviyyəsindən 1.0308 səviyyəsinə qədər qalxıb. USD/JPY cütlüyü isə bugün səhər saatlarında 158.080 həddindən 157.310 həddinə kimi geriləyib.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ"Bitcoin" bazar ertəsi gün 90000$ səviyyəsinə düşdükdən sonra bahalaşmağa başladı və artıq 97000$ səviyyəsində ticarət olunur. "Ethereum"-un qiyməti isə 2919$ həddini test etdikdən sonra bahalaşaraq 3228$ təşkil edib.
Ötən gün ABŞ-ın Əmək Departamentinin dərc etdiyi məlumatlara əsasən, ölkədə İstehsal Qiymətləri İndeksi (PPI) noyabr ayı ilə müqayisədə dekabr ayında 0.2% artıb. Analitiklər dekabr ayında PPI-ın 0.4% artacağını proqnozlaşdırmışdılar. İllik ifadədə göstərici noyabr ayında 3.0% artdıqdan sonra dekabr ayında 3.3% artıb. Enerji və ərzaq qiymətləri istisna olmaqla hesablanan İstehsal Qiymətləri İndeksi (PPI core) dekabrda əvvəlki ay ilə müqayisədə dəyişməyib.
Bugün bazar iştirakçılarının diqqət mərkəzində Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da inflyasiyaya dair açıqlanacaq göstəricilər olacaq. Belə ki, analitiklər dekabr ayında İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4%, illik ifadədə isə 2.9% artdığını proqnoz edirlər.
Həmçinin, Böyük Britaniyada da istehlak qiymətlərinə dair məlumatlar dərc olunacaq, Avrozonada isə Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi investorların maraqla gözlədikləri xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 15 yanvar 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitcoin qiymeti investisiya dollar kursu iqtisadiyyat xeberleri