Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBazar günü ABŞ prezidenti Donald Trampın polad və alüminiumun bütün idxalına 25%-lik rüsum tətbiq edəcəyinə dair açıqlaması fonunda dollar major valyutalar qarşısında öz mövqelərini demək olar ki, qoruyub saxlaya bilib. Hazırda EUR/USD cütlüyü 1.0305 səviyyəsində, GBP/USD cütlüyü isə 1.2360 səviyyəsində ticarət olunur. 
Tramp, həmçinin, yaxın iki gün ərzində Amerika mallarına rüsum tətbiq edən ABŞ-ın ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiq olunacağını bildirib. Dolların təzyiq altında qalması qızılın qiymətinin artmasına dəstək olur. Dəyərli metal ötən gün 2942$ səviyyəsinə qədər yüksələrək tarixi maksimum həddini bir daha yenilədi. Hazırda qızıl bir qədər ucuzlaşaraq 2919$-a ticarət olunur.
Cari həftənin əvvəlindən neftin qiyməti bahalaşmağa davam edir. "Brent" markalı neftin bir barrel üçün qiyməti 76.95$-a qədər bahalaşıb. Ekspertlərin fikrincə, Trampın siyasəti Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsi proqnozları fonunda nefti dəstəkləyir.
Bugün Bakı vaxtı ilə saat 19:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, gün ərzində İngiltərə Bankının (BoE) sədri Beylinin çıxışı da baş tutacaq. Türkiyədə isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri dərc olunacaq.
Məlumatİnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 fevral 2025

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri pul qazanmaq biznes xeberleri dollar kursu