Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən həftə Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların üzərində açıqlanmasına, Amerikada isə əmək bazarı, xüsusilə də NFP hesabatının ötən ay ilə müqayisədə artımla dərc olunmasına, həmçinin, Avropa Mərkəzi Bankının faiz dərəcələrini növbəti dəfə azaltmasına baxmayaraq dolların çöküşü bütün həftə ərzində davam edib.
Donald Trampın tarif siyasətinin  ABŞ-ın xarici ticarət siyasətində yol açacağı fəsadlar, Yaxın Şərqdə gərginliyin yenidən artması, Rusiya-Ukrayna müharibəsində hələ ki, sona gəlinmədiyinə dair artan narahatlıqlar, ən əsası bu sadalanan mövzularda ABŞ prezidentinin seçki platformasında verdiyi vədlərə əməl etməməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. EUR/USD və GBP/USD məzənnələri  təqribən 5000 point və 4000 point bahalaşaraq, müvafiq olaraq 1.08900, 1.29500  hədlərinə yüksəldilər. USD/JPY cütlüyü 151.300 həddindən 146.900 həddinə kimi, USD/CHF cütlüyü isə 0.90300 səviyyəsindən 0.87670 səviyyəsinə kimi sərt enişlə yadda qaldı. Qızıl son bir həftə ərzində üfüqi tendensiya sərgiləyir. "Buğalar" qiyməti 2900$-ın üzərində qoruyub saxlaya bilsələr də, artım tendensiyası səngiyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi (CPI), İngiltərədə və Yaponiyada ÜDM hesabatı və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı olacaq.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə ABŞ-da "JOLTS" - Boş İşyerləri və Vakansiyalar Hesabatı,  İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, eləcə də Kanada Mərkəzi Bankının faiz qərarı olacaq.
EUR
Ötən həftə ərzində 1.08900 səviyyəsinə qədər yüksələn EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08300 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Almaniyada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29500 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29050 səviyyəsində ticarət olunur. "Buğalar" qiyməti 1.30$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinq də artım tendensiyası daha kəskin xarakter ala bilər.
XAU/USD
Fevral ayında ard-arda rekordlar qıran qızıl mart ayının ilk həftəsində 2930$ - 2900$ aralığında üfüqi dalğalanması ilə yadda qaldı. Hazırda, 2908$ həddində ticarət olunan "sarı metal", həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin qlobal iqtisadi, eləcə də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular "güvənli liman" maliyyə aləti kimi çıxış edən qızıla tələbi yenidən artıra bilər. 
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 10 mart 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı


iqtisadi xeberler bank faizleri avtomobil xeberleri iqtisadiyyat xeberleri bu gunun xeberleri