Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ-da "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatının proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər dəyər qazandı.
Belə ki, EUR/USD cütlüyü xəbər dərc olunduqdan sonra ucuzlaşaraq 1.08950 səviyyəsini test etdi. Lakin, günün sonuna doğru cütlük yenidən bahalaşaraq 1.09470 səviyyəsinə qədər artdı. Hazırda məzənnə yenidən 1.08950 həddində ticarət olunur. GBP/USD cütlüyü eyni dövr ərzində 1.28610 səviyyəsindən 1.29650 səviyyəsinə qədər yüksəlib. 
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞQızılın qiyməti yenidən 2920$ səviyyəsinin üzərinə qalxıb. Qiymətli metal bazar ertəsi günü 2880$-a qədər dəyər itirdikdən sonra dünən 2921$-a qədər bahalaşıb. "Brent" markalı neftin bir barrel üçün qiyməti 70.70$-a qədər yüksəlib. "SP500" indeksi isə ötən ilin fevral ayından bəri ilk dəfədir ki, 5525 bənd səviyyəsinə qədər geriləyib. 
Yanvar ayında ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) aylıq ifadədə 232 min artaraq 7.740 milyona qədər yüksəlib. Analitiklər göstəricinin 7.650 milyon səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Həmçinin, Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi aylıq ifadədə 2%, illik ifadədə isə 12.5% artıb. 
Bugün bazar iştirakçıları ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksini diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, Amerikada inflyasiya fevral ayında illik ifadədə 2.9%, aylıq ifadədə isə 0.3% artıb. Həmçinin, Kanada Bankının (BoC) faiz qərarı, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın çıxışı və "OPEC"-in aylıq toplantı hesabatının dərc olunması investorların marağına səbəb olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 12 mart 2025

Oxşar xəbərlər

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler internetden pul qazanmaq biznes xeberleri 1000 manatla biznes valyuta kurslari