Qlobal bazarlarda volatillik arta bilər - GÜNƏ BAXIŞ
Bu gün ABŞ-da açıqlanacaq inflyasiya səviyyəsinin, əvvəlki aylarla müqayisədə aylıq 0.3%, illik isə 7.3%-ə qədər azalacağı proqnozlaşdırılır.
ABŞ-da proqnozların üzərində açıqlanan əmək bazarına dair rəqəmlər, eləcə də, noyabr ayında əmək haqqı artımının sürətlənməsi inflyasiya qorxularını yenidən alovlandırdı. Ötən həftənin cümə günü açıqlanan ABŞ-da istehsal qiymətləri indeksi xidmət xərclərinin artması səbəbindən keçən ay ilə müqayisədə gözləniləndən bir qədər çox artdı.
FED-in faiz qərarından əvvəl açıqlanacaq inflyasiya göstəricilərinin bazarlarda volatilliyi artıra biləcəyi ehtimal oluna bilər.
Bu gün başlayacaq və qərarları çərşənbə günü açıqlanacaq FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının monetar siyasətlə bağlı qərar mətnində ediləcək dəyişikliklər və FED sədri Jerom Pavelin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər.
Əgər dollar indeksində 103.50 səviyyəsindəki psixolji bariyer aşağıya doğru qırılarsa, qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün həmçinin İngiltərədə əmək bazarına dair statistik rəqəmlər, eləcə də Almaniyada inflyasiya səviyyəsi və "ZEW" Biznes Aktivliyi İndeksi kimi önəmli göstəricisi investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl etibarlı liman maliyyə aləti missiyasını uğurla davam etdirir. Təhlillərə əsasən hazırda 1783$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1786$ həddini qıra bilsə, 1806$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt