Qlobal planşet bazarı 10%-dən çox azalıb

Qlobal planşet bazarı 10%-dən çox azalıb2023-cü il ərzində dünya üzrə planşet satışları 135 milyon 254 min ədəd təşkil edib.
Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10.3%-lik azalma deməkdir.
Qlobal planşet bazarının lideri (bazar payı 40%) "Apple" şirkəti hesabat dövründə 54 milyon ədəd analoji cihaz satıb ki, bu da bir il əvvəlki göstəricidən 11% azdır.
İkinci pillədə (bazar payı 19% olub) qərarlaşan "Samsung"un satışları 11.5% azalıb. Şirkət hesabat dövründə 25.6 milyon planşet satıb. Üçüncü yerdəki (6.9%) "Lenovo" 9.31 milyon planşet satıb ki, bu da bir il əvvəlki göstəricidən 19.4% azdır.
Növbəti yerdə (6.1%) qərarlaşan "Huawei"nin satışları 32.1% artıb. Nəticədə şirkət ötən il 8.31 milyon planşet sata bilib. İlk beşliyi 5.8%-lik bazar payı ilə "Amazon" qapadır. Şirkət 7.8 milyon planşet satıb ki, bu da 2022-ci ilə nisbətən 42.9% azdır.
Ötən ilin 4-cü rübündə tədarük olunan planşetlərin sayı 37.8 milyon ədəd olub ki, bu da bir il əvvəlki göstəricidən 11% azdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin dördüncü rübündə "Huawei" şirkəti planşet satışlarını 95% artıraraq ilk üçlüyə daxil olub.
"Apple"nin satışlarında 24%-lik azalma qeydə alınsa da şirkət qlobal planşet bazarının lideri mövqeyini qoruya bilib. "Samsung" şirkətinin satışları 11% azalıb.
Dördüncü yerə düşən "Lenovo" 15%-lik artım nümayiş etdirərək bazar payını 2 faiz bəndi yüksəldib. "Amazon"un satışları 44%-lik azalıb. Şirkət dünya üzrə cəmi 2 milyon planşet sata bilib. / banker.az

Xəbərlər     Tarix: 06 fevral 2024

Oxşar xəbərlər

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin en son xeberler