Qlobal qida qiymətlərinin ucuzlaşması niyə ölkələrə təsir etmir? - SƏBƏBLƏR
Qlobal qida qiymətləri beşinci aydır ki, ucuzlaşır, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Mart ayında qiymətlərin aşağı düşməsi rekord həddə çatdıqdan sonra dünya ərzaq qiymətlərində ucuzlaşma davam edir. Bu vəziyyətin ölkələrdəki ərzaq məhsullarının qiymətlərinə təsiri isə maraq doğurur. Bəs yaxın gələcəkdə ölkəmizdə ərzaq məhsullarının qiymətlərində dəyişiklik edilməsi gözlənilirmi?
İqtisadçı ekspert Elman Sadıqov məsələ ilə bağlı fikirlərin KONKRET.az-a bildirib.
"İnflyasiyanın iki cür təsiri var: ani təsir, yəni hər hansı məhsulun qiyməti artıqda o, xammalın qiymətinə birbaşa təsir edir. Məsələn, neftin qiyməti artarsa, digər neft məhsullarının da qiymətində artım müşahidə edə bilərik. Biri də var, "lag" və ya gecikmə effekti. Yəni hər hansı bir məhsulun qiyməti artarkən o, bazara bir neçə ay sonra təsir edir. Məsələn, bazara buraxılan nağd pul bazarda həmin dəqiqə inflyasiya yarada bilməz. Bu baxımdan ərzaq qiymətlərinin 2020-ci ildən 2022-ci ilin mart-aprel ayına qədər azalmaya doğru getməsi həmin azalmanın bazara ani təsir edəcəyi anlamına gəlmir. Dünya bazarında ərzaq məhsullarının qiymətinin müəyyən dərəcədə düşməsi bir sıra ölkələrə ani təsir göstərir. Bəzi ölkələrdə ərzaq inflyasiyası dayanıb, bir qismində isə nəinki aşağı düşüb, hətta qiymətlərin nisbətən enməsi də müşahidə olunur. Lakin qiymətlərin aşağı düşmə tempi artım tempindən qat-qat zəifdir".
Ekspert onu da qeyd edib ki, dünyada bəzi risklərin qalması ərzaq qiymətlərinə təsir edir: "Rusiya-Ukrayna müharibəsi, pandemiyanın hələ də davam etməsi, o cümlədən qış fəslinin yaxınlaşması bu risklərə daxildir. Əsas məsələlərdən biri isə logistikadır. Yəni birjadan alınan ərzaqların müxtəlif ölkələrə çatdırılmasında qiymətlər azalmayıb, əksinə, artıb. Bu da o deməkdir ki, hansı ölkələrdə ərzaq birjaları var, ərzaq istehsalı var, həmin ərzağın bənzər ölkələrdəki qiymətinə birbaşa təsir göstərir. Bəzi ölkələr isə qida məhsullarını başqa ölkələrdən alır, daşınma qiymətlərinin yüksək olması səbəbindən ərzaq qiymətlərindəki ucuzlaşma ölkədə hiss olunmur".
Ərzaq qiymətlərinin artımının digər ölkələrdəki artımla müqayisə olunması məsələsi araşdırılmalıdır. Bəzi analizlər göstərir ki, ərzaq qiymətlərində dəyərindən daha çox artımı müşahidə olunur. İnflyasiya nəticəsində obyektiv artımlarla yanaşı, subyektiv artımlar da var. Məsələn, obyektiv 30 faiz artım varsa, 10-20 faiz də subyektiv artımın olması qiymətlərin aşağı düşməməsinə səbəb olur. Dünya ölkələrinin bu kimi məsələləri təhlil etməsi önəmlidir. Məhz bu səbəblərə görə də biz ərzaq ehtiyatlarının artması və ya qlobal qida qiymətlərinin azalmasının ölkələrə təsirini çox az hiss edə bilirik".
Arifə Kərimzadə,
KONKRET.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?