Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıbRabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib.
Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artaraq 1 milyard 453 milyon manata çatıb.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI ÖTÜB
2026-cı ilin 9 ayının nəticələrinə əsasən, Rabitəbankın ümumi kredit portfelində də artım qeydə alınıb. Portfel ötən ilin eyni dövrü ilə müqayisədə 7.6% böyüyərək 1 milyard 25 min manat təşkil edib.
Kredit portfelində ən böyük pay biznes kreditlərinin üzərinə düşüb. Bu istiqamət üzrə portfel 6.7% artaraq 460 milyon 97 min manata çatıb. İstehlak kreditləri portfeli 5.5% artımla 360 milyon 550 min manat, ipoteka kreditləri portfeli isə 13.7% artımla 204 milyon 767 min manat təşkil edib.
ƏMANƏT PORTFELİNDƏ ARTIM DAVAM EDİB
Rabitəbankın əmanət portfeli də hesabat dövründə müsbət dinamika nümayiş etdirib. 2026-cı ilin 9 ayının yekunlarına əsasən, ümumi əmanət portfeli 7% artaraq 848 milyon 74 min manata yüksəlib. Fiziki şəxslərin Bankdakı əmanətlərinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6% artaraq 620 milyon 195 min manat olub.
Hesabat dövründə Rabitəbankın faiz gəlirləri 19.2% artaraq 118 milyon 537 min manata çatıb. Qeyri-faiz gəlirləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1.9% artaraq 35 milyon 614 min manat təşkil edib.
2026-cı ilin 9 ayının sonunda Bankın məcmu kapitalı 134 milyon 125 min manat olub.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb

AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-li

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

AMB: Kartdan-karta köçürmə tarifləri vətəndaşlara birbaşa şamil olunmur

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. xəbər verir ki

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Qarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 22

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutad

Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2026-cı ilin 30 sentyabr tarixinə maliyyə göstəricilərini açıqlayıb. Bankın kredit portfelində əhəmiyyətli artım, depozitlərin strukturunda ciddi dəyişiklik, aktivlərində və kapitalınd

Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI

Azərbaycanda bank müştərilərinin 2026-c ilin sentyabr ayı üzrə bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. Azərbaycan Mərkəzi Bankına istinadən həmin indeksi təqdim edir:

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyo

Azərbaycanda "Stop-Kredit" istifadəyə verilib

Azərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir. Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni "Stop-Kredit"


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq biznes krediti birbank