Rabitəbankda əmanətiniz qazanc üstə qazanc gətirəcək

Rabitəbankda əmanətiniz qazanc üstə qazanc gətirəcək®Rabitəbank müştərilərinə etibarlı və rahat qazanc əldə etməyə imkan verən manat və dollar əmanətləri üzrə sərfəli kampaniyalar təklif edir. 
Bank yaranmasının 31 illiyi ilə əlaqədar olaraq "Universal əmanət" məhsulu üzrə kampaniyaya start verib. Belə ki, Rabitəbank 1 yaş daha böyüməyi münasibətilə müqavilə müddətinin sonunda (hesablanmış faizlərin ödənilmə tezliyindən asılı olmayaraq) manat əmanəti faizinə əlavə 1% hədiyyə edəcək. Üstəlik, 18 ay və daha yuxarı müddətli əmanətlər vergidən tamamilə azaddır. Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq, rüblük və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 AZN, müddət isə 3 aydan 36 ayadəkdir. Qeyd edək ki, kampaniya 31 iyula qədər davam edəcək. "Universal əmanət" məhsulu üzrə kampaniya haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:

Rabitəbankın əmanətini dollar valyutası ilə saxlamaq istəyən müştərilər üçün sərfəli "Dollar əmanəti" kampaniyası da davam edir. Kampaniya müddətində illik 3,8%-dək əlavə gəlir qazanmaq mümkün olacaq. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 USD, müddət isə 3 aydan 24 ayadəkdir. Kampaniya 31 maya qədər davam edəcək. "Dollar əmanəti" kampaniyası haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar:
Kampaniyalardan yararlanmaq istəyən hər kəs bankın istənilən filialına yaxınlaşaraq hesab açdıra bilər. Qeyd edək ki, Rabitəbanka yatırılan bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq qorunur. 
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 23 may 2024

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler bitkoin pul qazanmaq bitkoin almaq bank faizleri