Radiotezliklərin tarifləri yeni metodika ilə müəyyən ediləcək

Radiotezliklərin tarifləri yeni metodika ilə müəyyən ediləcəkRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi radiotezliklərdən istifadə tariflərini yeni yanaşma və metodika əsasında müəyyən edəcək.
Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1834 nömrəli Fərmanı ilə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 277 nömrəli Fərmanında dəyişiklik edilib. Yeni Fərmana əsasən, radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
İndiyədək radiotezliklərdən istifadə üzrə ödənişlər Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının 09 saylı protokolu ilə təsdiq edilmiş tariflər əsasında həyata keçirilirdi. Həmin tariflərdə radiotezlik spektrinin əhəmiyyətliliyi, tezlik sayı, istifadə olunan zolağın həcmi, coğrafi ərazi və digər amillərin nəzərə alınmaması radiotezliklərdən istifadənin iqtisadi alətlər vasitəsilə tənzimlənməsində və radiotezliklərdən səmərəli istifadədə bir sıra çətinliklər yaradırdı. Həmçinin tariflərin qəbulundan ötən 18 il müddətində sürətlə inkişaf edən texnoloji trendlərin nəzərə alınmaması da özlüyündə radiotezlik tariflərinin tətbiqində ciddi problemlərə və məhkəmə çəkişmələrinə yol açırdı.
Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının icrasının təmin edilməsi, radiotezliklərlə bağlı mövcud tariflərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası" hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq RİNN-in Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, k-10/22 nömrəli qərarı ilə təsdiq edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınıb.
Banker.az nazirliyə istinadən xəbər verir ki, metodika radiotezliklərdən istifadəyə görə ödənişlərin hesablanması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələri, eləcə də bir sıra ölkələrin təcrübələri əsasında hazırlanıb.
Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrin istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını və zolağının genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə almaqla, habelə radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanmasını nəzərdə tutur.
Mövcud tariflərdə radiotezlik zolağının həcmi (genişliyi) deyil, həmin tezlikdə istifadə olunan radioelektron vasitələrin (REV) sayı əsas götürülürdü. Buna görə də bəzi hallarda istifadəçilər quraşdırılmış REV-lərin sayını gizlətməklə az ödəniş etməkdə, REV-ləri icazəsiz istifadə etməklə ödənişdən yayınmaqda maraqlı olurdular. Yeni Metodikada isə radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür və bununla da qeyd olunan problem öz həllini tapmış olur. Tezlik istifadəçilərinin ödəyəcəkləri tezlik haqlarını öncədən şəffaf formada hesablaya bilmələri üçün tarif kalkulyatoru da hazırlanıb.
Yeni Metodikada coğrafi zona əmsalı da tətbiq olunur ki, bu da regionlarda simsiz radio xidmətlərin inkişafına və texnologiyanın tətbiqi üzrə rəqəmsal uçurumun aradan qaldırılmasına təkan verəcək. Belə ki, istifadəçilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə müqayisədə bölgələrdə 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən faydalana biləcəklər.

Xəbərlər     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,


iqtisadi xeberler biznes ideyalari iqtisadiyyat xeberleri kicik biznes biznes qurmaq