"Rahat Market"i idarə edən şirkətin borcları - 40% ARTIB
"Rahat" supermarketlər şəbəkəsi və "Port Baku Bazar" marketin daxil olduğu "ANC GROUP" MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "ANC GROUP"un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin ümumi gəlirləri əvvəlki illə müqayisədə 24% artaraq 254 milyon 165.2 min manat, məcmu mənfəəti isə 34.5% artaraq 35 milyon 339.8 min manat təşkil edib. Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət ötən il 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.
2022-ci ildə "ANC GROUP" MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib.
Ötən il şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə "ANC GROUP" MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.
Nizamnamə kapitalı 7 milyon 83 min manat olan "ANC GROUP" MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur. (Apa)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt