Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi.
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi.
Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd etdi və ölkələrimizin həmrəy olduqlarını vurğuladı.
Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd etdi.
Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulandı.
Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi apardılar.

Mərkəzi Bank niyə "dayandı"? – Faiz qərarı
Birbank-ın "Qazandıran bahar" kampaniyası ilə əlavə bonuslar qazanın
"Poz-Qazan"da 3 ayda - 39 BÖYÜK UDUŞ QAZANILIB
ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR
Mərkəzi Bank qiymət artımları ilə bağlı YENİ proqnozunu açıqladı
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
"Rabitəbank" 4 nominasiya üzrə "Bankçılıq mükafatları – 2025"in qalibi olub
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"
Azərbaycanda yeni verilmiş kreditlərin faizləri artmaqdadır
Birbank xidmətinə necə qoşulmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SWIFT nədir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın ən varlı 10 adamı