"Rəqəmsal iqtisadiyyat" dərsliyi nəşr olundu
Milli Aviasiya Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə hazırladığı "Rəqəmsal iqtisadiyyat" kitabı nəşr olunub.
Ölkəmizdə bu mövzuda ilk fundamental dərslik olan "Rəqəmsal iqtisadiyyat" kitabında rəqəmsallaşmanın iqtisadi inkişafın bütün sahələri üzrə rolu araşdırılıb. Elm və Təhsil Nazirliyinin əmri ilə çap hüququ verilən dərsliyin "Rəqəmsal transformasiyanın əsasları" adlı giriş hissəsində rəqəmsallaşmanın aktual problemlərinə diqqət çəkilir, yeni tendensiyanın iqtisadi ənənələri kökündən dəyişdirdiyi qeyd olunur. Kitabda rəqəmsal transformasiyanın üç istiqamətinə - rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyətə keçiddə ən vacib amilin insanın rəqəmsal hazırlığı olduğu vurğulanır. Dərslikdə mövzular altı fəsildə qruplaşdırılır: rəqəmsallaşma və onun iqtisadi təsirləri, rəqəmsal iqtisadiyyatın infrastrukturu, rəqəmsal iqtisadiyyata sektoral baxış, elektron ticarət və rəqəmsal Azərbaycan.
Bu fəsillərdə rəqəmsallaşma prosesinə ümumi baxış ortaya qoyulur, mövcud yanaşmalara istinadlar edilir, yeni meqatrend kimi rəqəmsal transformasiyaya ətraflı şərh verilir, onun iqtisadi təzahürlərinin ənənəvi iqtisadiyyatdan fərqləri izah olunur, rəqəmsal iqtisadiyyatın infrastrukturuna nəzər salınır, yeni rəqəmsal dövrdə dövlətləri və cəmiyyətləri gözləyən problemlər sadalanır.
"Rəqəmsal iqtisadiyyat" dərsliyinin müəllifləri Vüsal Qasımlı, Məsumə Talıbova, Günay Quliyeva, Ayaz Müseyibov, Fuad Mirzəyev, Ayxan Qədəşov və Gülnarə Əhmədovadır.
Kitabla Azərbaycan dilində , ingilis dilində isə linkləri vasitəsilə tanış olmaq mümkündür. Kitabın video izahı ereforms.gov.az saytında videolar bölümündə () yerləşdirilib. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?