"Rolls-Royce" minlərlə iş yerini İXTİSAR EDİR
Böyük Britaniyanın "Rolls-Royce Group" şirkəti minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, şirkət üç bölməsini (mülki aviasiya, müdafiə və enerji üçün avadanlıqlar) birləşdirməyi planlaşdırır.
Nəticədə bu departamentlərdəki 30 min iş yerinin 10%-i ixtisar edilə bilər.
Qeyd olunub ki, bu, ən çox Derbidəki şirkətin baş ofisinin işçilərinə təsir edəcək.
"Biz heç bir şəkildə işçilərə təsir edən qərarlar verməmişik", – şirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, "Rolls-Royce"un səhmləri ilin əvvəlindən təxminən 60% bahalaşıb.
İqbal Rzayev,
KONKRET.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb