Rusiya Azərbaycan ərazisindən istifadə edərək Pakistana qaz ixrac edə bilər
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Pakistan və Əfqanıstana qaz ixrac etmək imkanlarını nəzərdən keçirdiyini bildirib.
Avropa ilə münasibətləri gərgin vəziyyətdə olan Rusiya yeni bazarlar axtarır və Pakistana qazı Azərbaycan ərazisindən tranzit olaraq ixrac etmək imkanına malikdir. Qəzet yazır ki, bunu Rusiya ilə İran qaz mübadiləsi (svop əməliyyatı) vasitəsilə həyata keçirə bilər.
Rusiya Azərbaycanın qaz infrastrukturundan istifadə edərək İranın cənub bölgəsinə qaz nəqlini reallaşdıra bilər ki, bunun da müqabilində eyni həcmli qazı İran Pakistana ötürər.
İranın neft naziri Cavad Ouci bildirib ki, rəsmi Tehran bu prosesdə iştirak etməklə maliyyə gəliri əldə edə bilər və cənub regionlarının qaz problemini aradan qaldırar.
Qeyd edək ki, Azərbaycan isə qaz ixracından tranzit gəliri əldə etməklə yanaşı, öz qazının tranzit imkanlarını və şaxələndirməsini artırar. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə