Rusiya bazarında Avropa şirkətlərinin ziyanı azı - 100 Milyard Avro Qiymətləndirilir

Rusiya bazarında Avropa şirkətlərinin ziyanı azı - 100 Milyard Avro Qiymətləndirilir2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa şirkətlərinin Rusiya bazarında birbaşa itkiləri azı 100 milyard avro təşkil edir.
Rublun daha da ucuzlaşacağı, 1 dolların - 100 Rublu Keçəcəyi Gözlənilir
FED.az xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" (FT) qəzeti məlumat yayıb. Qəzet bu məlumatı Avropa şirkətlərinin məlumatlarına əsasən hesablayıb.
Nəşrin məlumatına görə, bu müddət ərzində 176 Avropa şirkəti "aktivlərin dəyərsizləşməsi, məzənnə ilə bağlı xərclər və bizneslərinin Rusiya seqmentinin satışı, bağlanması və ya azalması nəticəsində yaranan itkilər" ilə üzləşib.
Eyni zamanda, təhlil, Ukraynanın Rusiyaya hücumu və Rusiya Federasiyasına qarşı Qərb sanksiyaları səbəbindən enerji resurslarının və digər məhsulların bahalaşması kimi dolayı makroiqtisadi amilləri nəzərə almır.
FT neft və qaz şirkətlərinin Rusiya bazarını tərk etdikdən sonra ən çox itkiyə məruz qaldığını vurğulayıb. Beləliklə, BP, Shell və TotalEnergies şirkətlərinin ümumi itkiləri 40,6 milyard avro təşkil edib. Lakin enerji daşıyıcılarının qiymətlərinin qlobal artımı ilə əlaqədar siyahıda olan korporasiyalar maliyyə çətinliyi ilə üzləşməyiblər: keçən il onlar rekord məbləğdə 95 milyard avro mənfəət əldə etdiklərini bildiriblər. Sənaye, o cümlədən avtomobil sənayesi ilə məşğul olan şirkətlərə gəldikdə, Rusiya Federasiyasında itkilər 13,6 milyard avro təşkil edir, maliyyə korporasiyaları, xüsusən də banklar 17,5 milyard avro zərər ilə üzləşiblər. (Marja)

Biznes     Tarix: 07 avqust 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank