Rusiya bu ölkələrə neft satmayacaq
"Rusiya üçün neftin qiymətinə hədd tətbiq edən ölkələrə neft satmaq məqsədəuyğun deyil".
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, neftin qiymətinə məhdudiyyət qoyulması qiymətinin artmasına səbəb olacaq.
Rusiya dövlət rəsmisi bildirib ki, ölkənin büdcəsi neftin bir barelinin qiymətinin 70 dollar məbləğində satışına uyğun formalaşdırılıb.
O hesab edir ki, Avropa ölkələri tərəfindən neftin qiymətinə qoyulan məhdudiyyət Rusiyada neft hasilatının müvəqqəti azalmasına, eləcə də neft daşınmasının qiymətinin və daşınma müddətinin artmasına səbəb olacaq.
A.Novak OPEK+ qərarından sonra Rusiyanın bu il 530 milyon ton, gələn il isə 490 milyon ton neft hasil edəcəyini bildirib.
Eyni zamanda, A.Novak Rusiyanın "Şimal axını-2" kəmərinin ikinci qolu ilə qaz tədarükünə hazır olduğunu qeyd edib. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd