Rusiya mal-qarasının əsas alıcısı Azərbaycandır
2023-cü ilin yanvar-iyun aylarında Rusiya mal-qara ixracında rekord artım göstərib, ümumilikdə 174,4 min baş mal-qara xarici bazarlarda satılıb ki, bu da 2022-ci ilin bütün ixrac göstəricisi ilə müqayisə oluna bilər.
Marja.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
"2023-cü ilin ilk 6 ayında Rosselxoznadzor diri mal-qara ixracında rekord artım tempi qeydə alıb. Xarici bazarlara 174,4 min baş satılıb - bu, bütün 2022-ci ildə ixrac edilmiş 175,5 min başa çox yaxın rəqəmdir. Tədarükün əsas hissəsi xırdabuynuzlu mal-qaranın və diri donuzların payına düşür", - məlumatda bildirilir.
2023-cü ilin yanvar-iyun aylarında Rusiya Federasiyasından xaricə 80,6 min baş xırdabuynuzlu heyvan göndərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur (2022-ci ilin eyni dövründə 39,9 min baş olmuşdu). Xırdabuynuzlu mal-qaranın əsas idxalçıları arasında 2023-cü ildə alışı 5 dəfə artıraraq 53,9 min başa çatdıran Azərbaycan da var. Gürcüstan da Rusiyadan xırdabuynuzlu mal-qara idxalını iki dəfədən çox artırıb.
Bundan əlavə, 2023-cü ilin birinci yarısında Rusiyadan 80,1 min donuz ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə (42,7 min) müqayisədə təxminən 2 dəfə çoxdur. Eyni zamanda, Gürcüstan diri donuzların əsas idxalçısıdır və ümumi həcmin 82%-ni (65,5 min) təşkil edir. Ermənistan bu il satın alınan heyvanların sayına görə ikinci olub və 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalı 5,6 dəfə - 2,5 mindən 14,5 min başa çatdırıb.
Həmçinin 2023-cü ilin yanvar-iyun aylarında Rusiyadan 13,6 min baş iribuynuzlu mal-qara dünya bazarlarına göndərilib. Bu, 2022-ci ilin analoji dövrünün göstəricisi ilə (13 min baş) müqayisə edilə bilər. Bu il rus mal-qarasının əsas alıcısı (59%-ni) Azərbaycandır. Bütün tədarüklərin 24%-i Qazaxıstanın payına düşüb.
Həmçinin oxu
Azərbaycanın iri ofis mebeli istehsalçısı rebrendinq etdi


Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ƏDV geri al və onun üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt