Rusiya neftinin qiymətinin yuxarı həddi $63-64 diapazonunda müəyyən edilə bilər
Qərb ölkələri Rusiyadan tədarük olunan neftin qiymət həddini müəyyən edərkən bir barel üçün 63-64 dollar diapazonunda orta qiyməti əsas götürə bilər.
Reuters agentliyi mənbələrinə istinadla qiymət məhdudiyyətlərinin tətbiqi planlarının üzərində işlərin artıq başa çatmaq üzrə olduğu barədə məlumat yayıb.
Buna baxmayaraq, bir neçə məmur qiymət diapazonu ilə bağlı qərarın hələ verilmədiyini deyib. ABŞ Prezidenti Co Bayden administrasiyasının yüksəkvəzifəli nümayəndəsi hər hansı diapazonla bağlı xəbərləri yanlış adlandırıb və qiymət məhdudiyyətlərinin həyata keçirilməsi ilə bağlı bir çox ölkələrlə razılığın əldə olunmadığını bildirib.
Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrienn Uotsonun sözlərinə görə, Vaşinqton G7 və digər tərəfdaşlarla koordinasiyalı şəkildə Rusiya neftinin qiymətlərinə effektiv və sərt məhdudiyyətlər tətbiq etmək kursuna sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinə tətbiq ediləcək qiymət həddinin bir barel üçün 60 dollar ətrafında müəyyən oluna biləcəyini deyib. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
"iPhone 15" modelinin üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
ƏDV geri al və onun üstünlükləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Cash Back nədir?