Rusiyalı və ukraynalı turistlər niyə Azərbaycanı yox, Türkiyə və Gürcüstanı seçirlər? - FOTO

Rusiyalı və ukraynalı turistlər niyə Azərbaycanı yox, Türkiyə və Gürcüstanı seçirlər? - FOTORusiyalı və ukraynalı turistlər niyə Azərbaycanı yox, Türkiyə və Gürcüstanı seçirlər? - FOTO
Altı aydan çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinin nə vaxt başa çatacağı bəlli deyil. Təkcə digər dövlətlərin deyil, hətta hər iki ölkənin öz vətəndaşları üçün savaş artıq adiləşib. Ona görə də rusların və ukraynalıların bir qismi bu ağır günlərdə axan qanları düşünüb psixoloji sarsıntı keçirmək yerinə, səyahət etməyi üstün tutur. Həmin turistlərin səfər etdiyi əsas məkanlar isə qonşu Türkiyə və Gürcüstandır. 
Məlumdur ki, Avropa Birliyi rusiyalılara Putinə qarşı çıxmadıqlarına görə viza verilməsini dayandırıb. Bu fonda Rusiya vətəndaşlarının istiqaməti Cənubi Qafqaz regionuna dəyişmələri anlaşılandır. Amma həmin dövlətlər regiondakı Azərbaycanla daha yaxşı iqtisadi və siyasi əlaqələrə sahib olduqları halda, onların vətəndaşlarının istirahət üçün ölkəmizi seçməməsi özlüyündə sual doğurur. 
Maraqlıdır, rusiyalı və ukraynalı turistlərin ölkəmizə səfərinə əngəl törədən faktorlar nələrdir?
Turizm üzrə ekspert Cabir Dövlətzadə Oxu.Az-a açıqlamasında bildirib ki, biz quru sərhədlərdən istifadə edərək çoxlu sayda turist qəbul edə bilirdik:
"Hazırda Azərbaycana gəlmək üçün rusiyalı və ukraynalı turistlər sadəcə hava yolundan istifadə etdiklərindən say məhdud olacaq. Hazırda koronavirusa yoluxmanın artmaması, yəni təhlükəsizlik üçün quru sərhədlər bağlıdır. Rusiyada yaranmış vəziyyət isə onu göstərir ki, onlar bu gün sərf edən bazara gedirlər". 
Rusiyalı və ukraynalı turistlər niyə Azərbaycanı yox, Türkiyə və Gürcüstanı seçirlər? - FOTOEkspert hesab edir ki, rusiyalıların Azərbaycana gəlməməsinin ən böyük səbəblərindən biri də "Mir" ödəniş sisteminin Azərbaycanda tətbiq edilməməsidir:
"Visa" və "Mastercard" Avropa tərəfindən kontrol olunduğuna görə Rusiya öz kartını tətbiq edib. Türkiyə də bu ödəniş sisteminə qoşulub. Ona görə də rusiyalılar Türkiyədə rahat şəkildə öz sistemlərindən istifadə edirlər. Bu isə turist axınına səbəb olur. Həmçinin Türkiyənin turistik bölgələrində hazırda verilən xidmət "all inclusive", yəni hər şey daxil paketidir. Azərbaycanda "all inclusive" deyilən bu sistem mövcud deyil".
Həmsöhbətimiz Türkiyənin Rusiya bazarında "low cost" (aşağı qiymət) reyslərdən istifadə etdiyini də vurğulayıb. 
Ukraynalı turistlərə gəldikdə isə Cabir Dövlətzadə onların Azərbaycanda əvvəl də çox olmadıqlarını deyib:
"Savaş onları daha ucuz bazara aparır. Bu baxımdan Gürcüstana üz tuturlar. Gürcüstanda turizm xidmətləri bizimki qədər keyfiyyətli olmasa da, daha ucuz qiymətə təklif edilir.
Problemin həlliylə bağlı mənim təklifim budur ki, "low cost" reyslərin sayı çoxaldılsın. Məsələn, Ərəbistandan bizə gələn həmin reyslər bir müddət əvvəl dayandırıldı. Ona görə də hazırda ərəb bazarından gələn turistlərin sayında da azalma var. Ona görə də aşağıbüdcəli reyslərin artırılması çox vacibdir. Bir də Rusiya bazarını cəlb etmək üçün "Mir" ödəniş sistemi ən qısa zamanda bizdə də tətbiq olunmalıdır. Düşünürəm ki, dövlətimiz bununla bağlı lazımi işləri görür və qısa müddətdə o baş tutacaq. Rusiyalı turistlər qısa müddət sonra öz kartlarından nağdsız ödəniş edərək ölkəmizdə qala bilərlər".
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva isə yanvar-iyul ayları ərzində ölkəyə gələn rusiyalı turistlər haqqında məlumat verib:
Rusiyalı və ukraynalı turistlər niyə Azərbaycanı yox, Türkiyə və Gürcüstanı seçirlər? - FOTO"Dövlət Turizm Agentliyi olaraq əsas məqsədimiz ölkəyə məhz turizm məqsədi ilə səfər edən xarici ölkə vətəndaşlarının sayının artırılmasına nail olmaqdır. Bunun üçün müəyyən hədəf ölkələr var və Rusiya da həmin hədəf ölkələrdən biridir. Bu istiqamətdə marketinq və təbliğat strategiyamız olduğu kimi davam edir. Onu da qeyd eləmək lazımdır ki, həm iyul ayında, həm də yanvar-iyul ayları ərzində Rusiya vətəndaşları Azərbaycana ən çox səfər edən xarici ölkə vətəndaşlarıdır. Yanvar-iyul ayları ərzində bu rəqəm 220 mindən, təkcə iyul ayında isə 60 mindən çox olub".
Sayad Həsənli

Xəbərlər     Tarix: 06 sentyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin kripto online pul qazanmaq