Ruslan Atakişiyev: "Azərbaycanda sahibkarların 21%-i bank xidmətlərindən istifadə etmirlər"
Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
Biznes üçün krediti hansı faizlə götürmək olar? - BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Oktyabr, 2024)
FED.az xəbər verir ki, bunu "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62 %-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39 %-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: "Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16 %-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər".
R.Atakişiyev vurğulayıb ki, Azərbaycanda islam bankçılığı fəaliyyət göstərərsə, bu sektorun 3 %-ni əhatə edə bilər: "Bu, kiçik rəqəm deyil. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də 5 %-lik göstəriciyə hələ yeni çatıb. Malayziyada isə bu göstərici 16 %-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün böyük rəqəmlərdir. Odur ki, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Yatırım olmadan necə biznes qurmaq olar?
Fond birjası nədir?
İban nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Evdə biznes qurmağın yolları