S. Ərəbistanının neft ixracı 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

S. Ərəbistanının neft ixracı 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşübSəudiyyə Ərəbistanının neft ixracı avqust ayında 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. Məlumata görə, Səudiyyə Ərəbistanından neft tədarükü gündə təxminən 5.6 milyon barelə enib. "Bloomberg" qeyd edir ki, bu, 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.
Müqayisə üçün qeyd edək ki, agentliyin yenidən işlənmiş hesablamalarına əsasən, iyulda Səudiyyə Ərəbistanının neft ixracı sutkada 6.3 milyon barel təşkil edib. "Bloomberg" tərəfindən toplanan məlumatlar ilkindir və "Vortexa Ltd" analitika şirkətlərinin göstəriciləri ilə üst-üstə düşür.
"Bloomberg" yazır ki, Səudiyyə Ərəbistanının əksər əsas istiqamətlərə, o cümlədən Çin və ABŞ-a neft tədarükü bir neçə il ərzində minimuma enib. Çinə ixrac 1.3 milyon barelə düşüb və bu, koronavirus pandemiyasının ən yüksək həddə çatdığı 2020-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.
Agentliyin hesablamalarına görə, Səudiyyə Ərəbistanından Yaponiya və Cənubi Koreyaya göndərişlər 2017-ci ildə müşahidələr başlayandan bəri ən aşağı səviyyəyədədir. "Bloomberg" məlumatlarına görə, ABŞ-a ixrac altı ilin ən aşağı səviyyəsinə düşüb, Səudiyyə Ərəbistanı oraya sutkada 81 000 barel göndərib.
"Bloomberg" qeyd edir ki, OPEC+ ölkələri, xüsusən də əsas neft idxalçısı olan Çində zəif tələb fonunda bazarı və qiymətləri dəstəkləmək üçün tədarükləri məhdudlaşdırır. Avqust ayından etibarən Səudiyyə Ərəbistanı neft hasilatını sutkada 1 milyon barel azaldaraq 9 milyon barelə çatdırmaq qərarına gəlib. "Reuters"in sorğusuna qatılan ekspertlər Ər-Riyadın bu endirimi oktyabr ayına qədər uzadacağını etiraf ediblər. Sentyabrın 1-də "Brent" markalı neftin qiyməti avqustun ortalarından bəri ilk dəfə olaraq 88 dolları ötüb. Bakı vaxtı ilə saat 15:41-də "Brent" markalı neftin noyabr fyuçersləri bir barel üçün 87.76 dollara satılıb.

Xəbərlər     Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler 1000 manatla biznes birbank online pul qazanmaq rubl mezenne