Saatlıda şəhid hərbi qulluqçu dəfn edilib - FOTOLAR
Saatlıda şəhid hərbi qulluqçu torpağa tapşırılıb.
"Report"un aran bürosunun məlumatına görə, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri Nəsirov Ülvi Əsədulla oğlunun nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib.
Evdə vida mərasimi keçirilib, ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi izdihamla kənd qəbristanlığına yola salınıb.
Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Ülvi Nəsirovun nəşi kənd qəbristanlığında torpağa tapşırılıb. Üçrəngli bayraq şəhidin atası Əsədulla Nəsirova verilib.
Şəhidin xatirəsinə üç dəfə yayılım atəşi açılıb.
Qeyd edək ki, Ülvi Nəsirov 2000-ci ildə Saatlı rayonunun Qaranuru kəndində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrində kiçik gizir kimi xitmət edib.
Şəhid Ü.Nəsirov 44 günlük Vətən müharbəsində Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib.
Allah rəhmət eləsin!
















Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SMM nə deməkdir?
Bitcoin nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
ZARA-nın uğur hekayəsi