SABAH.academy və Sumqayıt Dövlət Universiteti ortaq MBA proqramına start verir

SABAH.academy və Sumqayıt Dövlət Universiteti ortaq MBA proqramına start verirSABAH.HUB İnnovasiya Mərkəzi nəzdində fəaliyyət göstərən SABAH.academy ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə tədris təklif edir.
Fəaliyyət dövrü ərzində dünyanın bir çox aparıcı təhsil müəssisələrinin beynəlxalq professorları və biznes ekspertlərini cəlb edən platforma 8 ali təhsil müəssisəsində 2100-dən artıq tələbəyə sahibkarlıq və innovasiyalar sahəsi üzrə akademik biliklər ötürmüşdür.
Fəaliyyət istiqamətlərini genişlətmək və sahə üzrə təcrübəni daha geniş auditoriyaya ötürmək məqsədi ilə SABAH.academy platforması Sumqayıt Dövlət Universiteti ilə birgə MBA proqramına başlayır. Bu proqramda SABAH.academy Strateji idarəetmə, İnnovasiya strategiyası, Marketinq, Sahibkarlıq və Kiçik Biznesin idarə edilməsi, Dayanıqlı biznes fənləri üzrə ixtisaslaşmış akademik tərəfdaş kimi xidmət edir. SABAH.academy tədris proqramının iştirakı bu sahələr üzrə kurikuluma əhəmiyyətli təcrübə qazandırır. Çevik cədvələ malik proqram həm Sumqayıt Dövlət Universitetinin kampusunda, həm də tələbələrin rahatlığını təmin etmək məqsədilə Bakı şəhərində yerləşən SABAH.HUB İnnovasiya Mərkəzinin ofisində tədris olunacaq.
2024-2025-ci tədris ili üzrə magistraturaya qəbul imtahanları keçirilib. Hal-hazırda müvafiq keçid balı toplayan namizədlər ixtisas seçimi aparır. Beləliklə, yay aylarında namizədlər Sumqayıt Dövlət Universitetinin müvafiq proqramına müraciət edə biləcək.

Növbəti tədris ilində baş tutacaq proqramda Biznesin təşkili və idarə edilməsi ixtisası mövcuddur. Ümumilikdə dörd semestri əhatə edəcək proqram 2024-cü ilin sentyabr ayında "start" götürəcək.
Proqrama son müraciət tarixi "Dövlət İmtahan Mərkəzi" tərəfindən 15 iyun 2024-cü il olaraq təyin olunmuşdur.
Magistr təhsili üzrə daha ətraflı məlumat əldə etmək üçün namizədlər (+994) 70 222 88 93 nömrəsinə zəng edə və ya rəsmi sosial media kanalları vasitəsilə müraciət edə bilərlər.
Həmçinin SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və yenilikləri qaçırmamaq üçün www.sabahhub.com veb-saytına keçid etmək mümkündür. / marja.az

Maraqlı     Tarix: 21 may 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin