Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq

Sabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaqSabahdan taksi fəaliyyəti üçün yeni dövlət rüsumları olacaq.
KONKRET.azxəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb. Sabahdan qüvvəyə minəcək qanuna əsasən isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşir.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:
– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün – 125 manat
– bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat
– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 250 manat
– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat
– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.
İndiyə qədər qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi olub:
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
24.1. Giriş-çıxış və tranzit gedişinə görə:
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə
hər bir icazə üçün 20 ABŞ dolları
21.1.1.2. sərnişin avtobusları üçün
hər bir icazə üçün 10 ABŞ dolları
24.7. Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin (Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:
24.7.1. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların)
hər bir vahidinə görə 500 ABŞ dolları
24.7.2. atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların)
24.7.3. yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların)
hər bir vahidinə görə 300 ABŞ dolları
hər bir vahidinə görə 100 ABŞ dolları

Xəbərlər     Tarix: 30 sentyabr 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi biznes krediti valyuta xeberleri