"Şahdəniz"də qazılan kəşfiyyat quyusundan götürülən məlumatların emalına başlanılıb

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində qazılan kəşfiyyat quyusundan əldə olunan məlumatların analizinə başlayıb.
Bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O"Leary) bildirib.
Onun sözlərinə görə, quyu ötən ilin dekabrında layihə dərinliyinə çatdırılıb.
"Mürəkkəb quyu idi. Lakin biz onu çox səmərəli, təhlükəsiz şəkildə, uğurla layihə dərinliyinə çatdırdıq. Quyudan alınan məlumatlar indi əlimizdədir və hazırda onların analizi gedir", – Cim Oliri qeyd edib.
O əlavə edib ki, əldə oluna nəticələr və məlumatlar götürüldükdən sonra quyu müvəqqəti olaraq bağlanılıb.
"Əldə olunan məlumatların analizi və emalı nəticəsində biz artıq qərar verəcəyik ki, həmin quyudan necə istifadə olunacaq və ümumiyyətlə gələcək planlar nədir", – BP-nin nümayəndəsi əlavə edib.
Cim Oliri onu da bildirib ki, bu cür dərin (7 min metr) və mürəkkəb quyulardan alınan məlumatların emalı çox vaxt aparır.
Quyu üzərində işlərin nə zaman davam etdiriləcəyi məsələsinə toxunan BP nümayəndəsi qeyd edib ki, bu məsələ təkcə alınan məlumatların emalının vaxtından asılı deyil, həm də "Heydər Əliyev" qazma qurğusunun quyuya qayıdacağı vaxtdan da asılıdır.
Cim Oliri əlavə edib ki, hazırda qeyd olunan qazma qurğusu "Şahdəniz" yatağında həyata keçirilən digər işlərə cəlb olunub.
Xatırladaq ki, "SDX-8" kəşfiyyat Quyunun qazılmasına ötən ilin yanvarında başlanılıb. / banker.az

Xəbərlər     Tarix: 09 fevral 2024

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin en son xeberler