Sahib Məmmədov: "Azərbaycanda sahibkarların dəstək mexanizmlərinin əhatə dairəsi genişləndiriləcək"
Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda yerli alətlərin tətbiq edilməsi Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.
Orxan Məmmədov: "Bank kreditlərinə çıxış çətinləşir"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.
"Qarabağ regionun iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvan iqtisadi rayonun potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə iqtisadi artıma təkan verəcək. Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələrə investisiya qoyuluşu üçün cəlbedici addımlardır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb.
S. Məmmədov qeyd edib ki, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5 % artaraq 12 milyard ABŞ dolları təşkil edib: "Qeyri- neft məhsullarının ixracı 21,2 % artıb. Bu ilin birinci rübündə qeyri neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7 % artıb". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt