Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgiyə - DƏVƏT OLUNUR
18-20 oktyabr tarixində Özbəkistanın Daşkənd şəhərində 7-ci beynəlxalq "UzTextile Expo Payız"23" sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.
FED.az xəbər verir ki, "Iteca Exhibitions" tərəfindən təşkil olunan və Özbəkistanın tekstil sənayesində son nailiyyətləri, o cümlədən geyim və toxuculuq məhsullarının istehsalında müşahidə olunan yeni tendensiyaları və istifadə olunan qabaqcıl texnologiyaları nümayiş etdirən "UzTextile Expo" sərgisində bu il Belarus, Hindistan, Çin, Rusiya, Tacikistan, Türkiyə və Özbəkistandan 170-dən çox şirkətin iştirak etməsi gözlənilir.
Sərgi çərçivəsində topdan alıcılar üçün xüsusi Alıcı Proqramı həyata keçiriləcək. Proqramın həyata keçirildiyi son 12 il ərzində təşəbbüsdə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Türkiyə və Çindən mindən çox böyük alıcı şəbəkələri iştirak ediblər.
"UzTextile Expo Payız"23" sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail:
Tel. (+99412) 598-01-47/48 (daxili 3644)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?