Sahibkarlar vergi məsələləri ilə bağlı "Bakı KOB evi"nə də - MÜRACİƏT EDƏ BİLƏRLƏR
"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir.
FED.a zxəbər verir ki, sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, "Bakı KOB evi"nə də müraciət edə bilərlər. Belə ki, "Bakı KOB evi"ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, "ASAN imza"nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.
Qeyd edək ki, "Bakı KOB evi" həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?