Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha - 1 İL ARTIRILIR

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha - 1 İL ARTIRILIRSahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.
Qanun layihəsi həmin müddətin daha bir il müddətinə (2024-cü il yanvarın 1-dək) uzadılmasını nəzərdə tutur.

Biznes     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə


iqtisadi xeberler investisiya biznes qurmaq bitkoin qiymeti rubl mezenne