Şamaxıda da yanğın başladı
Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.
Rayon fövqəladə hallar komissiyasından "Qafqazinfo"ya verilən məlumata görə, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olunduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.
Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.

Azərbaycanda yeni verilmiş kreditlər ucuzlaşır – Mərkəzi Bank
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Müştərilərin hesab balansları bərpa edildi – ABB-dən yeni açıqlama
Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb
Anthropic-in aparıcı mühəndisi: Süni intellekt agentlərindən istifadə tənhalığa gətirib çıxarır
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Biznes planı necə yazmaq lazımdır?