Samir Məmmədov: "Cəmiyyətin rəqəmsal səviyyəsi arzu olunan səviyyədə deyil"
"Rəqəmsal hökumət yalnız rəqəmsallaşmış cəmiyyətdə xidmət edir. Təəssüf ki, bizim cəmiyyətin rəqəmsal səviyyəsi hələ də arzu olunan səviyyədə deyil. Bu məsələlərin həlli üçün biz bir neçə layihə həyata keçiririk".
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
"Vacib layihələrdən biri rəqəmsal transformasiya üçün lazımi infrastrukturun qurulması istiqamətində işlər aparırıq. Bu da 2024-cü ilin sonuna qədər ölkəmizi 100% yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə edəcək. Hər bir ailə sürətli və müasir telekommunikasiya alətlərinə qoşula biləcək. Bu ilin sonuna qədər 800 mindən artıq təsərrüfatın yerləşdiyi ərazidə fiber-optik internet xidməti ilə təmin oluna biləcək. Hazırda 600 mindən artıqdır.
Paralel olaraq İKT mütəxəssislərinin sayının artırılması məqsədilə təhsil sahəsində də işlər həyata keçiririk. Nazirliyin nəzdində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi "Technest" təqaüd proqramı çərçivəsində 2021-2022-ci tədris ilində 788 nəfərə təqaüd verib və onlardan artıq 200-ü işlə təmin olunub. Gələn il bu təqaüdçülərin sayının 2000-ə çatdırılmasını hədəfləyirik. Bundan başqa 2022-2023-cü tədris ilində tədris olunacaq proqramların sayı 35-ə, ixtisasların sayı isə 50-yə çatdırılacaq. Əlavə olaraq proqramın əhatə dairəsi yalnız Bakı şəhəri deyil, regionlara doğru da genişləndiriləcək".

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes nədir?
İKEA şirkətinin tarixi
Françayzinq nədir və necə olur?