"Samsung"lara təmirə təhvil verərkən şəxsi məlumatları bloklamaq funksiyası əlavə edilib
Koreyanın "Samsung" şirkəti yeni "Maintenance Mode" (xidmət rejimi) funksiyasını təqdim edib, onun köməyi ilə smartfon təmirə təhvil verildikdə istifadəçinin məxfi məlumatlarına girişi bloklamaq mümkün olacaq. Qeyd edildiyi kimi, yenilik ilk dəfə "Samsung S22"-də görünəcək, daha sonra digər smartfon modellərinə də yeridiləcək.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Xidmət rejimi aktiv olduqda, avtomatik olaraq istifadəçinin şəxsi məlumatlarına girişin qarşısını alan yeni hesab yaradılacaq. Yeni funksiya mesajlara, kontaktlara, fotoşəkillərə və quraşdırılmış proqramlara girişi bloklayacaq.
İyulda yeni funksiya Cənubi Koreyada, Sentyabrda isə Çində sınaqdan keçirilib. 2023-cü il ərzində "Samsung" daha çox smartfonda texniki xidmət rejimini işə salmağı planlaşdırır.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
"iPhone 15" modelinin üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
ƏDV geri al və onun üstünlükləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Cash Back nədir?