Satış və marketinq üzrə peşəkar təlimçi Bakıya gəlir

Satış və marketinq üzrə peşəkar təlimçi Bakıya gəlir(®) 08 iyun 2024-cü il tarixində, Bakıda "HBN Academy"nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən "Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər" mövzusunda təlim keçiriləcək.
Korporativ satış və marketinq üzrə təlimçi, "Satış Hikməti" kitabının müəllifi və Türkiyənin "Ən yaxşı satış təlimçisi" mükafatı ilə təltif olunmuş Ercan Telcinin satış sahəsində 40 ilə yaxın, təlimdə isə 14 illik təcrübəsi var. O, 400-dən çox böyük şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.
"Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər" təlimi sahibkarlar, şirkət rəhbərləri, şirkətlərin satış üzrə əməkdaşları, inandırmaq qabiliyyətindən əmin olmayanlar,  satışın müəyyən mərhələlərində çətinlik çəkənlər, satış və marketinq bacarıqlarını genişləndirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Təlim proqramı "Müştəri kimdir?", "Müştərinin şüuraltı kodlarına və düşüncəsinə nüfuzetmə", "Fizioloji və psixoloji satış", "Müştərilərin satınalma qərarlarına təsir edən amillər", "Etirazları və qiymət etirazlarını necə idarə etməliyik?" və "Effektiv nitqin 3 sehrli texnikası" mövzularından ibarətdir.
Təlim müxtəlif interaktiv metodları (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim çarxları, debatlar və s) özündə cəmləşdirən intensiv dərslərdən ibarət olacaqdır. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edəcək, mövcud bacarıq və təcrübələrini nümayiş etdirəcək, yeni bilik və onların tətbiqi üsullarını öyrənəcəklər.
Həyatınızı dəyişdirmək, satışınızı artırmaq, bir məhsul və ya xidməti satmağın ən asan yolunun nə olduğunu öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.
8 İyun 2024-cü il tarixində (şənbə günü) Bakıda Heydər Əliyev prospekti 152 ünvanında yerləşən "Çinar Plaza"nın konfrans zalında  keçiriləcək təlim 5 saat davam edəcək (saat 09:00 - 14:00). Təlimdə iştirak edənlərə sertifikat təqdim olunacaq. Təlimin qiyməti yerlərdən asılı olaraq 60 manat, 80 manat və 120 manatdır.
Təlim haqqında daha ətraflı burada oxuya bilərsiniz.
Əlaqə: (+994) 77 209 37 37
Mail: [email protected]
Satış və marketinq üzrə peşəkar təlimçi Bakıya gəlir/ marja.az

Maraqlı     Tarix: 30 may 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin