Satışını artırmaq üçün peşəkardan məsləhət almaq istəyən şirkətlərin nəzərinə – SON GÜN

Satışını artırmaq üçün peşəkardan məsləhət almaq istəyən şirkətlərin nəzərinə - SON GÜN(®) 08 iyun 2024-cü il tarixində, Bakıda "HBN Academy"nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən "Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər" mövzusunda təlim keçiriləcək.
Korporativ satış və marketinq üzrə təlimçi, "Satış Hikməti" kitabının müəllifi və Türkiyənin "Ən yaxşı satış təlimçisi" mükafatı ilə təltif olunmuş Ercan Telcinin satış sahəsində 40 ilə yaxın, təlimdə isə 14 illik təcrübəsi var. O, 400-dən çox böyük şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.
"Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər" təlimi sahibkarlar, şirkət rəhbərləri, şirkətlərin satış üzrə əməkdaşları, inandırmaq qabiliyyətindən əmin olmayanlar, satışın müəyyən mərhələlərində çətinlik çəkənlər, satış və marketinq bacarıqlarını genişləndirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Təlim proqramı "Müştəri kimdir?", "Müştərinin şüuraltı kodlarına və düşüncəsinə nüfuzetmə", "Fizioloji və psixoloji satış", "Müştərilərin satınalma qərarlarına təsir edən amillər", "Etirazları və qiymət etirazlarını necə idarə etməliyik?" və "Effektiv nitqin 3 sehrli texnikası" mövzularından ibarətdir.
Təlim müxtəlif interaktiv metodları (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim çarxları, debatlar və s) özündə cəmləşdirən intensiv dərslərdən ibarət olacaqdır. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edəcək, mövcud bacarıq və təcrübələrini nümayiş etdirəcək, yeni bilik və onların tətbiqi üsullarını öyrənəcəklər.
Həyatınızı dəyişdirmək, satışınızı artırmaq, bir məhsul və ya xidməti satmağın ən asan yolunun nə olduğunu öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.
8 İyun 2024-cü il tarixində (şənbə günü) Bakıda Heydər Əliyev prospekti 152 ünvanında yerləşən "Çinar Plaza"nın konfrans zalında  keçiriləcək təlim 5 saat davam edəcək (saat 09:00 - 14:00). Təlimdə iştirak edənlərə sertifikat təqdim olunacaq. Təlimin qiyməti yerlərdən asılı olaraq 60 manat, 80 manat və 120 manatdır.
Təlim haqqında daha ətraflı burada oxuya bilərsiniz.
Əlaqə: (+994) 77 209 37 37
Mail: [email protected] / marja.az

Maraqlı     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler leobank kart birbank rubl mezenne en son xeberler