"Saudi Aramco" qlobal bazarda neft qıtlığı ilə bağlı xəbərdarlıq edib
"Saudi Aramco" şirkətinin icraçı direktoru Amin Nasser Londonda keçirilən enerji kəşfiyyatı üzrə forumda qlobal neft ehtiyatının azalması ilə bağlı xəbərdarlıq edib.
Amin Nasser hazırda neft bazarının qlobal ehtiyat potensialının aşağı olmasına yetərincə diqqət yetirmədiyini, qiymətlərin yuxarı olması fonunda belə yeni yataqların kəşfiyyatı və işlənməsinə investisiyaların az olduğunu söyləyib. O əlavə edib ki, Çin iqtisadiyyatının pandemiya ilə bağlı məhdudiyyətlərdən tam qurtulacağı təqdirdə, xam neftə olan tələbatı təmin etmək çox çətin olacaq. Digər tərəfdən mülki aviasiyanın fəaliyyətinin tam bərpa olunması tələbatı ikiqat artacaq. Səudiyyə Ərəbistanı gələn il gündəlik maksimum 12 milyon barel, 2027-ci ildə isə 13 milyon barel xam neft ixrac edə bilər. Bu, artan tələbatı ödəmək üçün çox azdır. İnvestisiyaların həcminin artırılması isə öz bəhrəsini illər sonra verəcək.
Forumda "Shell" şirkətinin baş icraçı direktoru Ben van Beurden isə bildirib ki, yeni neft və qaz layihələrinin tamamlanması və öz bəhrəsini verməyə başlaması onilliklər çəkə bilər. Onun sözlərinə görə, hazırkı yüksək qiymətlər əldə olunan kapitalın asanlıqla investisiyaya çevrilməsinə zəmanət vermir. Gələn il şirkətə rəhbərlikdən ayrılacağını da qeyd edən baş icraçı direktor əlavə edib ki, "Shell"in ümumi strategiyası tədricən neft-qaz sahəsindən uzaqlaşmaqdır. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Evdə biznes qurmağın yolları
Fond birjası nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Elon Musk kimdir?
Startup nədir və necə olur?