Selçuk Bayraktar: "Kızılelma" pilotsuz döyüş təyyarəsi F-35 qırıcı təyyarəsini üstələyəcək"

Selçuk Bayraktar: "Pilotsuz uçuş aparatlarının (PUA) müharibələrdə nə qədər faydalı olduğunu bütün dünya gördü. Bu, ilk dəfə İdlibdə, sonra Liviya və Qarabağda, ardınca Ukraynada nümayiş olundu".
Bunu "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar deyib.
Onun sözlərinə görə, Türkiyənin səsdən sürətli pilotsuz qırıcı təyyarəsi "Baykar Kızılelma" bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək. S.Bayraktar bildirib ki, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək: "Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. "Kızılelma" klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək"
Onun sözlərinə görə, "Kızılelma" pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur: "Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq".
Qeyd edək ki, ilk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən "Teknofest" aerokosmik sərgisində təqdim olunan "Kızılelma" Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. "Kızılelma" 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir. Ötən ilin dekabrında ilk uçuşunu həyata keçirən "Kızılelma"nın stend sınaqları artıq başa çatıb. / banker.az

Xəbərlər     Tarix: 04 yanvar 2023

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler telefonla pul qazanmaq online pul qazanmaq valyuta kurslari valyuta xeberleri