Sentyabrda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Pakistan biznes forumu keçiriləcəkSentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazır. 
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin özəlləşdirmə üzrə federal naziri, İnvestisiya Şurasının üzvü Əbdül Alim Xanla görüşüb və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər həmçinin sentyabrın 16-da Bakıda keçiriləcək biznes forumla bağlı fikir mübadiləsi aparıblar.
Nazir qeyd edib ki, biznes forum Pakistan və Azərbaycan arasında işgüzar fəallığın inkişafına kömək etmək məqsədi daşıyır. Tədbirin keçirilməsinin iki ölkənin müxtəlif sektorlara investisiya yatırmaq və birgə layihələri təşviq etmək imkanlarını genişləndirəcəyi gözlənilir.
Ə.Xanın sözlərinə görə, Pakistan və Azərbaycan ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı və digər sahələrə sərmayə yatıra bilər.
"Türkiyə, Azərbaycan və Pakistan birlikdə regionun inkişafında mühüm rol oynaya bilər, bunun üçün qarşılıqlı investisiya və əməkdaşlıq gündəliyi həyata keçirilməlidir", - o bildirib.
Azərbaycan səfiri ilə görüşdə biznes forumda iştirak edəcək Pakistan nümayəndə heyətinə Əbdül Alim Xan və Cam Kamal Xanın (ticarət üzrə federal nazir) başçılıq edəcəyi qərara alınıb.
Diplomat öz növbəsində qeyd edib ki, Azərbaycan Pakistanda mayeləşdirilmiş təbii qaz, karbamid, elektrik enerjisi və digər sahələrə sərmayə yatıra bilər. (Report)

Biznes     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler valyuta kurslari bank faizleri kripto avtomobil xeberleri