Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edilib - FOTO
Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.
E.Babazadə dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Sahib Babayevə təqdim edilib.
Qeyd edək ki, 26 yaşlı E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi.






Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
Digital Card nədir?
"iPhone 15" modelinin üstünlükləri