Səudiyyə Ərəbistanı süni intellektin inkişafına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır
Səudiyyə Ərəbistanı hökuməti süni intellekt texnologiyalarına sərmayə qoymaq üçün təxminən 40 milyard dollarlıq fond yaratmağı planlaşdırır.
Bu barədə "The New York Times" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı bununla bağlı bir sıra investorlarla əməkdaşlığı müzakirə edir. Krallığın rəsmiləri tərəfdaşlarına bildiriblər ki, onlar ölkədə bir neçə texnoloji startap, o cümlədən öz süni intellekt şirkətlərini yaratmağı nəzərdən keçirirlər.
Onların fikrincə, Səudiyyə Ərəbistanının investisiya layihəsi böyük ehtimalla bu ilin ikinci yarısında həyata keçirilməyə başlayacaq.
Qeyd edilib ki, fond Səudiyyə Ərəbistanını süni intellektə dünyanın ən böyük sərmayədarına çevirə və iqtisadiyyatını şaxələndirməyə sadiqliyini nümayiş etdirə bilər. Ölkə bu məqsədləri aktivləri 900 milyard dollardan çox olan Suveren Fond vasitəsilə həyata keçirir. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə