SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al

SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA İmza-nın təqdim etdiyi yeni biometrik imzalama funksionallığı ilə artıq imza sahibinin adından başqa bir şəxsin sənəd imzalamasının qarşısı alınacaq.
Belə ki, yeni funksionallığın tətbiqi ilə imzalama zamanı mobil telefonun ekranında PİN kod yığıldıqdan sonra təkrar təsdiqləmə üçün biometrik eyniləşdirmə aparılacaq. İmza edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı SİMA İmzanın xüsusi süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdiriləcək.
Bu zaman şəxsin üz cizgiləri vasitəsilə biometrik eyniliyi və canlılığı yoxlanılacaq. Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanmış olacaq. Bütün bu proses cəmi bir neçə saniyə ərzində baş tutacaq.
Nəzərə çatdıraq ki, bu yenilik əsasən elektron imzalardan sui-istifadə hallarının qarşısının alınması məqsədilə tətbiq olunub. Belə ki, son vaxtlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı (əsasən maliyyə cinayətləri üzrə) kritik sənədlərin imzalanmasında saxtalaşdırma hallarına tez-tez rast gəlindiyi aşkarlanıb.
Bununla bağlı bir müddət əvvəl Dövlət Vergi Xidməti də rəsmi açıqlama yayaraq vətəndaşları məlumatlandırıb.
Qeyd edək ki, bənzər situasiyalar elektron imza tətbiq olunan digər sahələrdə (dövlət xidmətləri, bank, sığorta, elektron gömrük və s.) də baş verə bilər. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə dövlət qurumları və özəl müəssisələrin SİMA İmzanın biometrik imzalama həllindən istifadə etməsi tövsiyə olunur. Belə ki, SİMA İmza ilə inteqrasiya edən tərəfdaşlar üztanıma vasitəsilə aparılan təsdiq sayəsində sui-istifadə hallarını aradan qaldıracaq.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidməti və "AzInTelecom"un apardığı birgə əməkdaşlıq çərçivəsində SİMA İmza-nın e-taxes.gov.az portalına inteqrasiya prosesi yekunlaşmaq üzrədir.
Portalda SİMA İmza ilə giriş və imzalama xidməti istifadəyə verildikdən     sonra qeyd edilən neqativ halların minimuma endirilməsi proqnozlaşdırılır.
SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Xəbərlər     Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi biznes krediti valyuta xeberleri