SİMA İmza Vergi portalına inteqrasiya edildi

SİMA İmza Vergi portalına inteqrasiya edildi®İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və "üz tanıma" texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan "SİMA İmza"nın tətbiqinə start verib. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılan "SİMA İmza" 2023-cü ilin oktyabr ayından fiziki şəxslərin uçota alınmasında tətbiq edilir. Artıq bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə ediləcək.
Dövlət Vergi Xidmətinin informasiya sistemində göstərilən texniki imkanları təmin etmək üçün müvafiq dəyişikliklər yerinə yetirilib. Görülən işlər çərçivəsində hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı "SİMA İmza" elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxil olma prosesində biometrik yoxlama ("üz tanıma", canlılıq testi, rotasiya testi) təmin olunub.
Bununla yanaşı, "SİMA İmza" elektron imza ilə portala daxil olmuş istifadəçi üçün "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı" ərizəsi aktivləşdirilib.
Ərizə tam doldurulduqdan sonra təsisçiyə (təsisçilərə) və rəhbərə xüsusi ekranda ərizə məlumatlarına və nizamnaməyə baxış imkanı yaradılıb. Ərizənin və sənədlərin (nizamnamənin) imzalanması zamanı şəxslərin biometrik eyniləşdirməsi ("üz tanıma", canlılıq testi, rotasiya testi) təkrar aparılır. Yoxlama uğurla başa çatmadıqda mövcud prosedurlara uyğun olaraq ərizənin göndərilməsi məhdudlaşdırılır.
"SİMA İmza" elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib. 
Qeyd edilməlidir ki, "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin (hazırkı adı Business Ready (B-Ready) "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"ndə kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də daha innovativ texniki imkanlardan, alternativ identifikasiya üsullarından ("üz tanıma" üsulları) istifadə edilməklə kommersiya hüquqi şəxslərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsidir. / banker.az

Xəbərlər     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes xeberleri kripto bitkoin qiymeti internetden pul qazanmaq