Siyasi gündəmlə UNUTDURULAN sosial problemlər - TƏHLİL

Siyasi gündəmlə UNUTDURULAN sosial problemlər - TƏHLİL• Türkiyənin İzmit şəhərində şəhid general Polad Həşimovun xatirəsinə park açılır, Rusiya Baş naziri Bakıya səfər edir. Fransa senatının qarşısında "Qarabağ Şikəstəsi" səsləndirilir, həmyerlilərimiz erməni qətnaməsinin qəbuluna etiraz edir. DTX İran molla rejiminin Azərbaycandakı agenturasına qarşı əməliyyatlar keçirir, Türkiyənin təşkilatçılığı ilə ABŞ və Rusiya xarici kəşfiyyat idarələrinin rəsmiləri görüşür. Patruşev bəyan edir ki, Amerika Rusiyanı çökdürmək niyyətindədir, Tehran düşmənçiliyə görə Ağ Evi cəzalandıracağını bildirir. Rusiya-Ukrayna savaşı davam edir, ABŞ Yunanıstana kəşfiyyat PUA-ları yerləşdirir. İrəvan-Bakı sülh prosesində sülhə nail olunmayıb. Rəşad Dağlının istintaqı və törətdiyi qətl ətrafında söz-söhbətlər səngimir. Bütün bunların fonunda koronavirus statistikaları hələ də yayılır. Burda deyiblər də, sən saydığını say, gör fələk nə sayır.
KONKRET.az bu informasiyaları sadalamaqla Azərbaycan gündəminə qısaca nəzər yetirib. Doğrudan da, "sən siyasətlə məşğul olmasan da, siyasət səninlə məşğul olacaq" deyimi qabarmaqdadır.
İnsanlar qəzet, tv-radiolu xəbər tələbatlarını sosial şəbəkə hesabına ödəyir. "TikTok" kimi videokontentlərdə camaat daha çox səviyyəsizlik və feyk informasiyaların əsirinə çevrilir. Bununla da doğru və saxta xəbəri bilənlər arasında mübahisə yaranır. Rəsmi və qeyri-rəsmi məlumat davası trendə düşür. Azərbaycan vətəndaşlarının əksəriyyəti feysbukdan istifadə edir. Sosial şəbəkənin hazırkı sindromları "5 minlik dost sayı və daha çox bəyənmə"dir. Əsas məqsədin belə olduğu yerdə obyektivlik operativliyə uduza bilir. Lakin məlumatsız insanlar, sadə vətəndaşlar daha çox qarşılarına çıxan hər posta reaksiya-rəy bildirərək dəyərli vaxtını əksərən dəyərsiz lozunqa qurban vermiş olur. Feysbuk cəmiyyət üçün nəzərdə tutulan gündəmdəyişməni daha sürətli yaymaq platformasıdır. Bir də görürsən, hansısa deputatlar şəxsindən, savadından gözlənilməyən açıqlama verərək aktuallaşırlar. Hamı sərsəm bəyanat, davranış barədə paylaşım edir. Guya nəsə dəyişdi? Sırf 365-dən 1 gün əskik oldu. Həmin deputatın mandatı da üstündə qaldı, villası da əskik olmadı. Nə də problem azalmadı:
• Azərbaycanda minimum əmək haqqı 300 AZN olduğu halda, aylıq məsrəf minumum 392 manatdır. Təqdim olunan qeyri-bərabər orta aylıq əmək haqqıya görə insanlar ikinci iş yeri axtarır. Ya da pulunu toplayıb prava-maşın alırlar ki, taksi sürücülüyü ilə daha çox qazana bilsinlər. Kiçik və orta biznesə dövlət dəstəyi olduğu halda fəaliyyət asan deyil. "Planeta Parni iz Baku" səhnəciklərindən birində market sahibinin məcburən işçisi olmayan neçə dövlət qulluqçusunun evini çörəklə təmin etməsi satirası təki reallıq yox, elə yumor olardı. Ölkədə infilyasiyadır. Qiymət bahalaşması isə insanların sağlam qidalanma imkanlarını məhdudlaşdırır. Bir tərəfdən də pensiya yaşı artırılır və ömür boyu təqaüd üçün çalışıb-vuruşanlar bankomat görmədən dünyadan köçür. Hər natarazlığa da dünya təcrübəsi, qlobal bahalaşma sırğaları taxılır. Vətəndaşların gəlir səviyyəsi istisnası ilə! Özümüzü Ermənistan kimi faydalı qazıntısı olmayan, Rusiyaya ərik satmaqla dolanan ölkə ilə müqayisə etmək vərdişinin fəsadları belə olmalı idi.
Niyə minimum əmək haqqıda Moldova və Ermənistanla oxşar rəqəmlərə sahib olmalıyıq? Yaxud bu göstəricidə Belarusa nə üçün uduzmalıyıq? Özbəkistan, Tacikistan, Qırğızıstan kimi ölkələri cədvəldə geridə qoymaq problemlərin həlli deyil. Yalnız və yalnız təsəllidir. Hər sahədə monopoliya bütün çılpaqlığı ilə görünməkdədir. Şəbəkələşmiş müdirlər, şirkətlər, marketlər, banklar, KİV istiqanlılara karyera qurur, istedadlıları karyerə yollayır. Elə jurnalistikada da əməkdar adını almaq üçün babat adamın olmalı, yaxud elə bir fədakarlıqlar etməlisən ki, siyahıya düşəsən. Problemlər arasında əsas yer tutan narkomaniya, boşanmalar barədə ara-sıra informasiya yaymışıq. Çətinlikləri saymaqla bitmir.
Sonda qeyd edim ki, yuxarıda qeyd olunan aktual mövzuların bəziləri Azərbaycan üçün xüsusi siyasi əhəmiyyət kəsb edir. Lakin bunun fonunda sosial yüklü məsələləri görməzdən gəlmək olmur. İnsanlar təqdim olunan gündəmin bir hissəsinə çevrilsələr də, evlərindəki, soyuducularındakı, ciblərindəki boşluğu da hiss edirlər.
KONKRET.az-ın Araşdırma Qrupu

Xəbərlər     Tarix: 15 noyabr 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler rubl mezenne telefonla pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri