SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.
Görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.
Ziba Mustafayeva BANM-in fəaliyyətindən, ali məktəbin əldə etdiyi yüksək nailiyyətlərdən bəhs edib.
Görüşdə iştirak edən BANM-in rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.
Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək hazırda "SOCAR Türkiyə" və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeyd edib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən "SOCAR Enerji Məktəbi"nin uğurlarından bəhs edib. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Layihə menecmenti nədir?