SOCAR prezidenti: "BTC ilə 32 mln. ton Türkmənistan nefti dünya bazarlarına çıxarılıb"
"Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır".
Bunu şirkətin prezidenti Rövşən Nəcəf rəhbərlik etdiyi nümayəndə heyətinin 27-ci "Türkmənistanın nefti və qazı – 2022" beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabada səfəri zamanı bildirib.
Məlumata görə, sərgi-konfransın "Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar" mövzusunda keçirilən plenar sessiyasında çıxış edən R.Nəcəf iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, Cənub Qaz Dəhlizinin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən SOCAR prezidenti şirkətin neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə də danışıb. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
"iPhone 15" modelinin üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
ƏDV geri al və onun üstünlükləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Cash Back nədir?