SOCAR və Petrofac-ın birgə biznesinə yeni rəhbər təyin edilib
Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın "Petrofac" şirkətinin birgə biznesi olan "SOCAR-Petrofac" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Syed Mobeen Mosood Syed Mosood Ahmed Taqı "SOCAR-Petrofac" MMC-nin baş icraçı direktoru (baş meneceri) təyin edilib.
Buna qədər şirkətin rəhbəri Ruslan İbrahimov Əflatun oğlu idi.
2017-ci ildə yaradılan "SOCAR Petrofac" MMC Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün SOCAR əməkdaşlarının dolğun və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərməklə yanaşı, texniki dəstək və mühəndislik xidmətləri, eləcə də neft-qaz sektorunda layihələrin idarə olunması sahəsində də xidmətlər təklif edir. Treninqlər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil olunur. Şirkətin nizamnamə kapitalı 100 000 manatdır.
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Qızılın qiyməti düşüb
Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb