Sofiyada dörd Avropa ölkəsi ilə Azərbaycan arasında qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanıb
Bolqarıstanın "Bulgartransgas", Rumıniyanın "Transgas", Macarıstanın FGSZ, Slovakiyanın "Eustream" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
İmzalanma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku, habelə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
Memorandum modernləşdirilmiş "Həmrəylik halqası" vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini müəyyən edir.
Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən "Həmrəylik halqası" təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd